"Bank BTB” nizamnamə kapitalını artırır

Maliyyə
  • 06 mart, 2024
  • 12:42
Bank BTB” nizamnamə kapitalını artırır

"Bank BTB” ASC "Bakı Fond Birjası" QSC-də (BFB) yeni səhmlərini yerləşdirməyə hazırlaşır.

"Report" bu barədə qiymətli kağızların emissiya prospektinə istinadən xəbər verir.

Sənədə əsasən, söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 5 000 ədəd, yəni 5 milyon manatlıq adi, adlı, sənədsiz səhmdən gedir. Prosesin anderrayteri “Assist Finance İnvestisiya Şirkəti” ASC-dir. Qiymətli kağızlar tam yerləşdirilsə, bankın nizamnamə kapitalı 7,5 % artaraq 66,45 milyon manatdan 71,45 milyon manata çatacaq.

Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə yaradılıb. Bankın səhmlərinin 74,99%-i Nigar Mehdiyevaya, 19,01%-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 6%-i isə Tükəzban Mahmudovaya məxsusdur.