"Bank BTB”nin səhmlərinə 1 investor maraq göstərib

Maliyyə
  • 15 mart, 2024
  • 11:08
Bank BTB”nin səhmlərinə 1 investor maraq göstərib

Bu gün “Bakı Fond Birjası” QSC-də (BFB) "Bank BTB” ASC-nin 5 milyon manatlıq adi, sənədsiz, adlı səhmlərinin yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bu barədə “Report”a BFB-dən bildirilib.

Məlumata görə, hər birinin nominal dəyəri 1 000 manat olan 5 000 ədəd səhm standard bazar seqmentində, abunə yazılışı üsulu ilə investorlara təklif olunub. Səhmlərə 1 investor 5 milyon manatlıq 1 sifariş təqdim edib. Son nəticədə yerləşdirmə tam baş tutub, bankın nizamnamə kapitalı 7,5 % artaraq 66,45 milyon manatdan 71,45 milyon manata çatıb.

Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə yaradılıb.