“Bank BTB”nin mənfəəti kəskin artıb

“Bank BTB”nin mənfəəti kəskin artıb “Bank BTB” ASC 2019-cu ili 7,523 milyon manat mənfəətlə başa vurub.
Maliyyə
27 Yanvar , 2020 12:19
“Bank BTB”nin mənfəəti kəskin artıb

“Bank BTB” ASC 2019-cu ili 7,523 milyon manat mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci ilə nisbətən 10,7 dəfə çoxdur.

Ötən il “Bank BTB”nin gəlirləri 28,814 milyon manat (illik müqayisədə 12,3% çox), xərcləri 26,157 milyon manat (8% çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 4,865 milyon manat (əvvəlki il ehtiyat yaradıb) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il yanvarın 1-nə “Bank BTB”nin aktivləri 341,542 manat olub ki, bu da 1 il əvvələ nisbətən 8,5% çoxdur. Bunun 206,649 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2019-cu ildə Bankın kredit portfeli 17,9% böyüyüb.

Hesabat dövründə “Bank BTB”nin öhdəlikləri 7% artaraq 277,572 milyon manata, o cümlədən depozit portfeli 7,8% artaraq 133,344 milyon manata, balans kapitalı isə 15,5% artaraq 63,971 milyon manata çatıb.

Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 66,45 milyon manatdır. Bankın səhmlərinin 74,99%-i Nigar Mehdiyevaya, 19,01%-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 6%-i isə Tükəzban Mahmudovaya məxsusdur. 

Son xəbərlər

Orphus sistemi