“Bank BTB”nin istiqrazlarına 1 investor maraq göstərib

Maliyyə
  • 07 iyun, 2022
  • 12:15
“Bank BTB”nin istiqrazlarına 1 investor maraq göstərib

Mayın 26-dan iyunun 6-na qədər “Bakı Fond Birjası” QSC-də (BFB) “Bank BTB” ASC-nin 5 milyon manatlıq faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

“Report” BFB-yə istinadən xəbər verir ki, hərraca hər birinin nominal dəyəri 1 000 manat olan 5 000 ədəd istiqraz çıxarılıb.

Qiymətli kağızlar standart bazar seqmentində, birqiymətli hərrac üsulu ilə investorlara təklif olunub.

İstiqrazlara 1 investor qiyməti 1 000 manat (9%), ümumi məbləği isə 2 milyon manat olan 1 sifariş təqdim edib. Beləliklə, yerləşdirmə qismən baş tutub.

Emitentin qərarına əsasən, istiqrazların kəsmə və orta ölçülmüş qiyməti 1 000 manat müəyyən olunub.

Qiymətli kağızlar 6 il müddətində tədavüldə olacaq. Onların illik gəlirliliyi 9%-dir. Faizlər 1 aydan bir ödəniləcək. Prosesin anderrayteri “BTB Kapital İnvestisiya Şirkəti” ASC-dir.