"Bank BTB"nin istiqrazları üzrə əlavə hərracın tarixi açıqlanıb
- 24 iyun, 2022
- 06:03
Yeniliklərdən dərhal xəbərdar olun!
İyunun 28-də "Bakı Fond Birjası" QSC-də "Bank BTB" ASC-nin 3 milyon manatlıq istiqrazlarının yerləşdirilməsi üzrə əlavə hərrac keçiriləcək.
"Report" bu barədə BFB-yə istinadən xəbər verir.
Birjanın Listinq Komitəsinin qərarı ilə hər birinin nominal dəyəri 1 000 manat olan 3 000 ədəd faizli, təminatsız istiqraz standart bazar seqmentində listinqə daxil edilib. Qiymətli kağızlar birqiymətli hərrac üsulu ilə yerləşdiriləck və 6 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 9%-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri “BTB Kapital İnvestisiya Şirkəti” QSC-dir.
Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.
Xatırladaq ki, "Bank BTB" bundan əvvəl 2 milyon manatlıq istiqraz yerləşdirib.