"Bank BTB" mikro kredit məhsulu üzrə bazar payını artırmaq istəyir

"Bank BTB" mikro kredit məhsulu üzrə bazar payını artırmaq istəyir Bank BTB sahibkarlığın inkişafının dəstəklənməsi ilə biznes mühitinin yaxşılaşdırılması istiqamətində mikro kredit məhsulunun aktiv satışına davam edir.
Maliyyə
20 Fevral , 2020 13:39
Bank BTB  mikro kredit məhsulu üzrə bazar payını artırmaq istəyir

"Bank BTB" sahibkarlığın inkişafının dəstəklənməsi ilə biznes mühitinin yaxşılaşdırılması istiqamətində mikro kredit məhsulunun aktiv satışına davam edir.

"Report" Banka istinadən verdiyi xəbərə görə, biznes fəaliyyəti ilə məşğul olan mikro, kiçik və orta sahibkarlar mikro kredit məhsulu üzrə 50 000 manatadək kreditdən faydalana bilərlər. 

Qeyd edək ki, sahibkarlığa dəstək səmərəsinin yüksəldilməsi məqsədilə kreditin müddəti maksimum 48 ay təşkil edir. Sərfəli şərtlərlə təklif olunan mikro kredit məhsulu üzrə artan statistik göstəricilər məhsulun bazar tələblərinə tam şəkildə uyğun olduğunu deməyə əsas verir. Belə ki, son dövrün nəticəsini açıqlayan "Bank BTB"nin Kreditlər departamentinin direktoru Zamiq Mədətov bildirib:

“Qısa zaman ərzində Bank BTB-nin mikro kredit məhsulunu bazara təqdim etməyimizə baxmayaraq, artıq 600-dən çox sahibkara maliyyə dəstəyini göstərməklə yanaşı, onların bizneslərinə təkan vermişik. Əsas məqsədimiz ölkədə mikro, kiçik və orta sahibkarlığın inkişafına dəstək olmaq və bu məhsul üzrə bazar payımızı daha da artırmaqdır".

Müştərilərin vaxtına qənaət edilməsi məqsədilə kreditə müraciət prosesi olduqca rahat və asan şəkildə həyata keçirilir. Belə ki, operativ işçi heyəti ilə müştərilərin xidmətində olan filial şəbəkəsi ilə yanaşı onlayn kanallar vasitəsilə də ən tez şəkildə "Bank BTB"nin müştərisi ola bilərsiniz.

Kredit əldə etmək üçün Sizə rahat olan kanalı seçməklə "Facebook" (www.facebook.com/bankbtb), "Instagram" (www.instagram.com/bankbtb/) və ya 055 3000 946 "WhatsApp" (https://wa.me/994553000946) nömrəsinə müraciət edə bilərsiniz. Həmçinin bu və digər məhsul və kampaniyalar haqqında (012) 946 nömrəli Məlumat Mərkəzindən və www.btb.az rəsmi saytından məlumat əldə etmək olar.

"Bank BTB” 2010-cu ildə təsis olunub və universal bank olaraq bütün növ bank xidmətlərini göstərir. 

Son xəbərlər

Orphus sistemi