"Bank BTB” maliyyə vəziyyətini açıqlayıb

Maliyyə
  • 25 iyul, 2023
  • 05:26
Bank BTB” maliyyə vəziyyətini açıqlayıb

"Bank BTB” ASC bu ilin I yarısını 309 min manat mənfəətlə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövründən 5,274 milyon manat zərərlə çıxmışdı.

“Report” xəbər verir ki, yanvar-iyun aylarında "Bank BTB”nın əməliyyat gəlirləri 16,856 milyon manat (illik müqayisədə 5 % çox), əməliyyat xərcləri 15,941 milyon manat (2 % çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 2,242 milyon manat (1 il bundan əvvəl ehtiyat yaradıb), gözlənilməz xərcləri isə 2,848 milyon manat (1 il bundan əvvək olmayıb) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il iyulun 1-nə "Bank BTB”nin aktivləri 381,214 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 7,6 % çoxdur. Bunun 262,149 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 10 % böyüyüb.

Hesabat dövründə "Bank BTB”nin öhdəlikləri 8,6 % artaraq 330,916 milyon manata, o cümlədən depozit portfeli 6,2 % artaraq 148,648 milyon manata, balans kapitalı isə 1,1 % artaraq 50,297 milyon manata çatıb.

Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 66,45 milyon manatdır. Bankın səhmlərinin 74,99%-i Nigar Mehdiyevaya, 19,01%-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 6%-i isə Tükəzban Mahmudovaya məxsusdur.