"Bank BTB" I yarımili zərərlə başa vurub

Maliyyə
  • 14 iyul, 2025
  • 17:38
Bank BTB I yarımili zərərlə başa vurub

"Bank BTB" ASC bu ilin I yarısını 1,699 milyon manat zərərlə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövründən 226 min manat mənfəətlə çıxmışdı.

"Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, yanvar-iyun aylarında "Bank BTB"nın əməliyyat gəlirləri 19,355 milyon manat (illik müqayisədə 7,7 % çox), əməliyyat xərcləri 16,74 milyon manat (7 % çox), xüsusi ehtiyatlara ayırmaları 1,484 milyon manat (1 il bundan əvvəl qənaət edib), gözlənilməz xərcləri isə 2,831 milyon manat (1,6 % çox) təşkil edib.

Bu il iyulun 1-nə "Bank BTB"nin aktivləri 364,211 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 0,6 % azdır. Bunun 270,722 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 1 % kiçilib.

Hesabat dövründə "Bank BTB"nin öhdəlikləri 0,3 % artaraq 314,46 milyon manat, o cümlədən depozit portfeli 2,7 % azalaraq 144,624 milyon manat, balans kapitalı isə 5,5 % azalaraq 49,751 milyon manat olub.

Xatırladaq ki, "Bank BTB" 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 71,45 milyon manatdır. Bankın səhmlərinin 76,74 %-i Nigar Mehdiyevaya, 17,68 %-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 5,58 %-i isə Tükəzban Mahmudovaya məxsusdur.

Son xəbərlər

Bütün Xəbər Lenti