"Bank BTB" aqrar sektorda işləyən sahibkarlara dəstəyini davam etdirir

"Bank BTB" aqrar sektorda işləyən sahibkarlara dəstəyini davam etdirir “Bank BTB” ASC aqrar sektorun inkişafına dəstək məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) ilə əməkdaşlığı davam etdirir.
Maliyyə
186
9 Dekabr , 2020 10:06
Bank BTB aqrar sektorda işləyən sahibkarlara dəstəyini davam etdirir

“Bank BTB” ASC aqrar sektorun inkişafına dəstək məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) ilə əməkdaşlığı davam etdirir.

Aqrar sektorda işləyən sahibkarlar güzəştli kredit şərtləri ilə kənd təsərrüfatı texnikası, damazlıq heyvan alışı və s. zəruri mal və avadanlıqları əldə edə bilərlər.

Belə ki, 15 min manata qədər təqdim olunan mikro kreditlər 12 ay güzəşt müddəti olmaqla 3 ilədək təklif olunur. Kreditlərin maksimum illik faiz dərəcəsi 12%-dir.

Ölkə prezidentinin 8 aprel tarixli fərmanı ilə aqrar sektorda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə güzəştli şərtlərlə kreditlərin verilməsinə start verilib.

Xatırladaq ki, Mikro kreditlərdən yararlanmaq istəyən şəxslər "Bank BTB"nin onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 3000 946 WhatsApp (https://wa.me/994553000946) nömrəsinə müraciət edə bilərlər. Bu və digər məhsul və kampaniyalarımız haqqında (012) 946 nömrəli Məlumat mərkəzindən və www.btb.az rəsmi saytından məlumat almaq mümkündür.

Son xəbərlər

Orphus sistemi