"Bank BTB" Ani Ödənişlər Sisteminə qoşuldu

"Bank BTB" Ani Ödənişlər Sisteminə qoşuldu "Bank BTB" asc daim müştərilərinin rahatlığını düşünərək, onları innovativ və rəqəmsal həllərlə təmin edir və bu istiqamətdə həyata keçirilən layihə və tədbirlərdə aktiv iştirak edir.
Maliyyə
30 Dekabr , 2020 11:30
Bank BTB Ani Ödənişlər Sisteminə qoşuldu

"Bank BTB" asc daim müştərilərinin rahatlığını düşünərək, onları innovativ və rəqəmsal həllərlə təmin edir və bu istiqamətdə həyata keçirilən layihə və tədbirlərdə aktiv iştirak edir.

Bankımız Azərbaycan Mərkəzi Bankının (AMB) yaratdığı Ani Ödənişlər Sisteminə (AÖS) inteqrasiya oldu.

Bu sistem rəqəmsal ödənişlərin effektivlik səviyyəsini yüksəldir, ölkədaxili milli valyuta hərəkətinin sürətli və asan olmasını təmin edir.

Belə ki, dünyanın qabaqcıl ölkələrində olduğu kimi bizim ölkədədə AÖS vasitəsilə icra olunan ödənişlərin 24/7/365 rejimində, sadələşdirilmiş identifikatorlar vasitəsilə (mobil nömrə, FİN kod, VÖEN, e-poçt) həyata keçirilməsi mümkündür. AÖS-ün daha bir özəlliyi ondan ibarətdir ki, vəsaitin köçürmə prosesi cəmi 10 saniyədə tamamlanır. Qeyd edək ki, ödənişlər yalnız milli valyutada icra olunur. Sistem əməliyyatları AMB-nin yaratdığı portal vasitəsi ilə həyata keçirilir. Diqqətinizə çatdıraq ki, yaxın gələcəkdə müştərilərimizə təqdim edəcəyimiz yeni Mobil Bank tətbiqimiz də AÖS sisteminə qoşulacaq.

Nəzərinizə çatdıraq ki, Ani Ödəniş Sistemi ( AÖS ) yaxın zamanda müştərilərə Kassa Aparatlarında, Mobil Əlavələrdə, Pos Terminal Ödəmələrində, Elektron Ödəniş Terminallarında və bu kimi bir çox sahələrdə əlverişli xidmətlər təqdim edəcək.

"Bank BTB"nin məhsul, xidmət və kampaniyaları haqqında məlumat almaq istəyən şəxslər (012) 946 nömrəli Məlumat mərkəzinə, www.btb.az rəsmi saytına, onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 3000 946 WhatsApp (https://wa.me/994553000946) nömrəsinə müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi