"Bank BTB” 9 ayı zərərlə başa vurub

Maliyyə
  • 13 oktyabr, 2023
  • 15:16
Bank BTB” 9 ayı zərərlə başa vurub

"Bank BTB” ASC bu ilin yanvar-sentyabr aylarını 987 min manat zərərlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 5,8 dəfə azdır.

9 ay ərzində "Bank BTB”nın əməliyyat gəlirləri 25,885 milyon manat (illik müqayisədə 9 % çox), əməliyyat xərcləri 23,955 milyon manat (3,4 % çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 2,494 milyon manat (1 il bundan əvvəl ehtiyat yaradıb), gözlənilməz xərcləri isə 5,411 milyon manat (1 il bundan əvvəl olmayıb) təşkil edib.

Bu il oktyabrın 1-nə "Bank BTB”nin aktivləri 376,759 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 4,2 % çoxdur. Bunun 276,855 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 15,8 % böyüyüb.

Hesabat dövründə "Bank BTB”nin öhdəlikləri 4,9 % artaraq 327,537 milyon manat, o cümlədən depozit portfeli 1,4 % azalaraq 147,322 milyon manat, balans kapitalı isə 0,2 % azalaraq 49,222 milyon manat olub.

Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 66,45 milyon manatdır. Bankın səhmlərinin 74,99%-i Nigar Mehdiyevaya, 19,01%-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 6%-i isə Tükəzban Mahmudovaya məxsusdur.