"Bank BTB" 9 ayı zərərlə başa vurub
- 26 oktyabr, 2022
- 15:26
"Bank BTB” ASC bu ilin yanvar-sentyabr aylarını 5,714 milyon manat zərərlə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövründən 1,174 milyon manat mənfəətlə çıxmışdı.
“Report” xəbər verir ki, 9 ay ərzində “Bank BTB”nın gəlirləri 23,751 milyon manat (illik müqayisədə 6,1% çox), xərcləri 23,171 milyon manat (3,8% çox), xüsusi ehtiyatlara ayırmaları isə 6,294 milyon manat (1 il bundan əvvəl qənaət edib) təşkil edib.
Bu il oktyabrın 1-nə "Bank BTB”nin aktivləri 361,438 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 0,6% azdır. Bunun 238,98 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 3,2% kiçilib.
Hesabat dövründə "Bank BTB”nin öhdəlikləri 1,4% artaraq 312,12 milyon manata, o cümlədən depozit portfeli 3,2% artaraq 149,42 milyon manata çatıb, balans kapitalı isə 11,4% azalaraq 49,319 milyon manata düşüb.
Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 66,45 milyon manatdır. Bankın səhmlərinin 74,99%-i Nigar Mehdiyevaya, 19,01%-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 6%-i isə Tükəzban Mahmudovaya məxsusdur.