“Bank Avrasiya”nın mənfəəti kəskin azalıb

“Bank Avrasiya”nın mənfəəti kəskin azalıb “Bank Avrasiya” ASC bu ilin yanvar-sentyabr aylarını 196 min manat mənfəətlə başa vurub.
Maliyyə
27 Oktyabr , 2020 16:00
“Bank Avrasiya”nın mənfəəti kəskin azalıb

“Bank Avrasiya” ASC bu ilin yanvar-sentyabr aylarını 196 min manat mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 96,7% və yaxud 30,2 dəfə azdır.

9 ay ərzində "Bank Avrasiya"nın gəlirləri 9,3 milyon manat (illik müqayisədə 3,6% az), xərcləri 4,969 milyon manat (8,4% az), xüsusi ehtiyatlara ayırmaları 4,135 milyon manat (1 il bundan əvvəl qənaət edib) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il oktyabrın 1-nə “Bank Avrasiya”ın aktivləri 153,803 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 6,4% azdır. Bunun 94,494 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 20,5% böyüyüb.

Hesabat dövründə “Bank Avrasiya”nın öhdəlikləri 10,9% azalaraq 84,004 milyon manata, o cümlədən depozit portfeli 18,5% azalaraq 38,219 milyon manata, balans kapitalı isə 0,4% azalaraq 69,799 milyon manata düşüb.

Xatırladaq ki, "Bank Avrasiya" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 37,5%-i "Euro Standard" MMC-yə ("Xalq Bank" ASC-nin 33,85%-lik, "Xalq Sığorta" ASC-nin 50%-lik səhmdarı), 37,5%-i "PDM Qrup" MMC-yə, 25%-i isə "Azbizneskom" MMC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi