"Bank Avrasiya"nın mənfəəti 12 % azalıb

Maliyyə
  • 15 oktyabr, 2024
  • 10:27
Bank Avrasiyanın mənfəəti 12 % azalıb

“Bank Avrasiya” ASC bu ilin yanvar-sentyabr aylarını 3,484 milyon manat mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 11,9 % azdır.

Yanvar-sentyabr aylarında “Bank Avrasiya”nın əməliyyat gəlirləri 13,054 milyon manat (illik müqayisədə 8,5 % az), əməliyyat xərcləri 7,696 milyon manat (7,8 % az), xüsusi ehtiyatlara ayırmaları 1,914 milyon manat (2,9 % az), gözlənilməz gəlirləri 40 min manat (1 il bundan əvvəl olmayıb) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il oktyabrın 1-nə “Bank Avrasiya”nın aktivləri 204,72 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 1,2 % çoxdur. Bunun 123,017 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 2,4 % kiçilib.

Hesabat dövründə “Bank Avrasiya”nın öhdəlikləri 3,3 % azalaraq 120,413 milyon manat, o cümlədən depozit portfeli 2,3 % artaraq 66,81 milyon manat, balans kapitalı isə 8,4 % artaraq 84,307 milyon manat, o cümlədən nizamnamə kapitalı 43,6 % artaraq 71,8 milyon manat olub.

Xatırladaq ki, "Bank Avrasiya" 2007-ci ildə yaradılıb. Bankın səhmlərinin 37,5 %-i "Euro Standard" MMC-yə ("Xalq Bank" ASC-nin 33,85 %-lik, "Xalq Sığorta" ASC-nin 50 %-lik səhmdarı), 37,5 %-i "PDM Qrup" MMC-yə, 25 %-i isə "Azbizneskom" MMC-yə məxsusdur.

Son xəbərlər

Bütün Xəbər Lenti