"Bank Avrasiya"nın kredit portfeli 3 %-ə yaxın kiçilib
- 11 aprel, 2025
- 17:30
Yeniliklərdən dərhal xəbərdar olun!
"Bank Avrasiya" ASC bu ilin I rübünü 1,977 milyon manat mənfəətlə başa vurub.
"Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 64,5 % çoxdur.
Yanvar-mart aylarında "Bank Avrasiya"nın əməliyyat gəlirləri 4,678 milyon manat (illik müqayisədə 13,3 % çox), əməliyyat xərcləri 2,829 milyon manat (24,9 % çox), xüsusi ehtiyatlara ayırmaları 118 min manat (5,8 dəfə az), gözlənilməz gəlirləri isə 246 min manat (9,8 dəfə çox) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.
Bu il aprelin 1-nə "Bank Avrasiya"nın aktivləri 196,4 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 6,8 % çoxdur. Bunun 118,3 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 2,9 % kiçilib.
Hesabat dövründə "Bank Avrasiya"nın öhdəlikləri 7,4 % artaraq 109,906 milyon manata, o cümlədən depozit portfeli 14 % artaraq 57,38 milyon manata, balans kapitalı isə 5,9 % artaraq 86,495 milyon manata çatıb.
Xatırladaq ki, "Bank Avrasiya" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 71,8 milyon manatdır. Bankın səhmlərinin 49,5 %-i "Azbizneskom" MMC-yə, 49,5 %-i "Top Properties" MMC-yə, 1 %-i isə Rüstəm Eynullayevə məxsusdur.