Bakıya investisiya qoyuluşu 6% artıb

Bakıya investisiya qoyuluşu 6% artıb Bu ilin yanvar-sentyabr aylarında Bakının iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 6 687,3 mln manat vəsait yönəldilib.
Maliyyə
3 Noyabr , 2020 17:30
Bakıya investisiya qoyuluşu 6% artıb

Bu ilin yanvar-sentyabr aylarında Bakının iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 6 687,3 mln manat vəsait yönəldilib.

“Report” Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,3% çoxdur.

9 aylıq investisiya qoyuluşunun 3 277,3 mln manatı və yaxud 49%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.

2020-ci ilin yanvar-sentyabr aylarında paytaxtda “Yeni Klinika” tibb müəssisəsi, 3 saylı DOST mərkəzi, modul tipli xəstəxana kompleksi və hospital, Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin modul tipli hospitalı, “Böyükşor” və “Əhmədli” elektrik yarımstansiyaları, Səttar Bəhlulzadə adına Mədəniyyət Evi, ADA Universitetinin iki yeni korpusu, 60 carpayılıq xəstəxana binası istifadəyə verilib.

Son xəbərlər

Orphus sistemi