Bakının mərkəzindəki "exchange"lərdə nağd dollar qıtlığı yaranıb

Bakının mərkəzindəki "exchange"lərdə nağd dollar qıtlığı yaranıb Bəzi "exchange"lər yaranmış ajiotaj səbəbindən dolların satışını dayandırıb
Maliyyə
1083
17 Fevral , 2015 18:01
Bakının mərkəzindəki exchangelərdə nağd dollar qıtlığı yaranıb

Bakı. 17 fevral. REPORT.AZ/ Bu gün Bakı şəhərinin mərkəzində fəaliyyət göstərən valyuta mübadilə məntəqələri qarşısında müştəri sıxlığı müşahidə olunur. "Report"un 28 May küçəsində apardığı müşahidələr zamanı mübadilə məntəqələrinə üz tutan bir çox müştərilər nağd dollar qıtlığı ilə üzləşiblər, bəzi "exchange"lər isə yaranmış ajiotaj səbəbindən dolların satışını dayandırıb. 

Qeyd edək ki, mübadilə şöbələrinin bir çoxu nağd dolları tablolarda qeyd olunan məzənnədən daha yuxarı qiymətlə satır. Buna baxmayaraq, əhali əldəki manat pul kütləsini ABŞ valyutasına dəyişməyə çalışır. 

Günün ilk yarısında müştəri çoxluğunun olmadığını deyən mübadilə şöbəsinin işçiləri günorta fasiləsindən sonra insanların mübadilə məntəqələrinə axın etməyə başladığını bildiriblər: “16:00-dan etibarən artıq bir çox mübadilə şöbələrində nağd dollar ehtiyatı tükənib. Dolları bir neçə yerdə tapa bilərsiz, onlarda da yəqin bir neçə dəqiqəyə bitəcək, çoxları “exchange”i bağlayıb gedir. Pul dəyişmək istəyirsinizsə, sabahı gözləyin, sabah yenə olacaq".

Mübadilə şöbəsinin əməkdaşları qeyd ediblər ki, gələn müştərilərin əksəriyyəti 1-2 min dollar civarında alış üçün müraciət edir, lakin daha iri məbləğdə nağd dollar almaq istəyənlər də az deyil.

Son xəbərlər

Orphus sistemi