Səhiyyə Nazirliyi Bakıdakı 2 saylı Doğum Evinin təmirinə 10 milyon manat pul xərcləyəcək

Maliyyə
  • 12 noyabr, 2019
  • 06:35
Səhiyyə Nazirliyi Bakıdakı 2 saylı Doğum Evinin təmirinə 10 milyon manat pul xərcləyəcək
Səhiyyə Nazirliyi

Səhiyyə Nazirliyinin Bakı Şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində olan 2 saylı Doğum Evinin əsaslı təmiri ilə bağlı elan etdiyi açıq tenderin nəticəsi məlum olub.

“Report” xəbər verir ki, tenderin qalibi “Best LTD” MMC-dir.

Qalib şirkətə 9 591 626 manat ödəniləcək.