Bakıda ÜGT-nin Avropa regionu üzrə milli əlaqələndirici şəxslərin toplantısı keçirilir - YENİLƏNİB

Bakıda ÜGT-nin Avropa regionu üzrə milli əlaqələndirici şəxslərin toplantısı keçirilir - YENİLƏNİB Toplantıda gömrük sisteminin modernləşməsi, potensialın gücləndirilməsi və s. məsələlər müzakirə olunacaq
Maliyyə
8 Dekabr , 2014 10:31
Bakıda ÜGT-nin Avropa regionu üzrə milli əlaqələndirici şəxslərin toplantısı keçirilir - YENİLƏNİB

Bakı. 8 dekabr. REPORT.AZ/ Bu gün Bakıda Ümumdünya Gömrük Təşkilatı (ÜGT) Avropa regionunun potensialın gucləndirilməsi üzrə milli əlaqələndirici şəxslərin iclası işə başlayıb.

"Report" xəbər verir ki, ÜGT-nin potensialın gücləndirilməsi üzrə Avropa Regional Ofisində təşkil olunan tədbirə Azərbaycan da daxil olmaqla, 21 iştirakçı ölkənin, eləcə də Avropa Komissiyası və ÜGT-nın nümayəndə heyətləri qatılıb.

İclasın açılış mərasimində Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev, ÜGT-nin Avropa regionu üzrə sədrinin müavininin nümayəndəsi Cin Maykl Qreyv (Jean Michel Grave) və ÜGT-nin Katibliyinin nümayəndəsi Rocer Herman (Roger Hermann) iştirak ediblər.

Toplantıda çıxış edən A.Əliyev bildirib ki, müsair dövrdə müşahidə olunan texnologiyaların inkişafı,qloballaşma və inteqrasiya prosesləri, iqtisadi böhran vəziyyətləri, rəqəmsal uçurum problemləri potensialın gücləndirilməsi məsələsini zəruri edir. Onunsözlərinə görə, yalnız yüksək səviyyəli mütəxəssilərin köməyi ilə ətrafda başverən dəyişikliklərlə birgə düzgün idarəetmə sistemi qurmaq mümkünüdür."Bu günqloballaşma və regional inteqrasiya prosesləri nəticəsində ticarətin həcmininartması gömrük işi qarşısında mühüm vəzifələr qoyur. Bu, dünyada gömrük xidmətlərininqarşısında yeni çağırışlar yaradıb. Dünyanın hər bir gömrük xidməti eyniçağırışla qarşılaşır. Bir tərəfdən ticarətin asanlaşdırılması, digər tərəfdən qaçaqmalçılığın qarşısının alınması, cəmiyyətin sağlamlığının təmin edilməsi, əqli mülkiyyət hüquqlarının qorunması və digər bu kimi hüquq-mühafizə vəzifələrinin həyata keçirilməsi həmin çağırışların tərkib hissəsidir", - deyə DGK sədri vurğulayıb.

Bununla yanaşı Komitə rəhbəri kadrların peşəkarhazırlığının artırılması və onların peşə biliklərinin təkmilləşdirilməsi istiqamətində aparılan işlərin vacibliyini qeyd edib: "Son illər bu istiqamətdə atılmış ən mühüm addımlardan biri Dövlət Gömrük Komitəsinin Akademiyasının yaradılmasıdır. Bundan əlavə, Azərbaycan potensialın gücləndirilməsi üsrə ÜGT-nıniki regional qurumuna ev sahibliyi edir. Böyük məmnuniyyət hissi ilə bildirim ki, potensialın gücləndirilməsi sahəsində Azərbaycan gömrük xidmətinin həyata keçirdiyi tədbirlərin mühüm tərkib hissəsi olaraq, 2015-ci il sentyabrın 8-10-da növbəti PICARD konfransı Bakı şəhərində keçiriləcək".

İki gün davam edəcək tədbirdə ÜGT-nin strategiyası və prioritetləri, gömrük sisteminin modernləşməsi və təşkilati inkişaf, potensialın gücləndirilməsi üzrə milli əlaqələndirici şəxslərinrolu və vəzifələri, potensialıngücləndirilməsinə regioanal yanaşma və s. məsələlər müzakirə olunacaq.

Son xəbərlər

Orphus sistemi