"Japan Tobacco" Şirkətlər Qrupunun üzvü olan JTI şirkəti aparıcı beynəlxalq tütün şirkətidir, 73 ölkədə nümayəndəliyi və 27 minə yaxın işçisi var. JTI Azərbaycanda 2007-ci ildən fəaliyyət göstərir.
JTI qlobal olaraq tütün məhsullarının qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə, qanunvericiliyin təkmilləşdirilməsi, vergiqoyma və iqtisadi münasibətlər sahəsində beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində müəyyən işlər aparır. Xüsusilə JTI şirkəti 2007-ci ildə Avropa İttifaqı ilə tütün məhsullarının qaçaqmalçılığı və saxta siqaret istehsalına qarşı mübarizə sahəsində 15 illik müqavilə imzalayıb. Bundan əlavə, JTI 2013-cü ilin aprelində Vilnüsdə (Litva) "Kölgə iqtisadiyyatı üzrə konfrans"ı, 2013-cü və 2014-cü ilin iyul ayında Parisdə (Fransa) və Vyanada (Avstriya) "Avrasiya vergi-büdcə ekspertlərinin seminarı”nı, bu illər ərzində Vyana İqtisadiyyat və Biznes Universitetinin müxtəlif tədris modullarından ibarət proqramını maliyyələşdirib. Bununla yanaşı, Azərbaycan Vergilər Nazirliyinin bir neçə əməkdaşı Vyana Universitetinin vergiqoyma sahəsinin müxtəlif məsələlərindən bəhs edən modullarında iştirak edib və müvafiq sertifikatlar alıb.