Bakıda ötən il 2,8% inflyasiya qeydə alınıb

Bakıda ötən il 2,8% inflyasiya qeydə alınıb 2019-cu ildə Bakıda istehlak malları və xidmətləri 2018-ci ilə nisbətən 2,8% bahalaşıb.
Maliyyə
3 Fevral , 2020 10:12
Bakıda ötən il 2,8% inflyasiya qeydə alınıb

2019-cu ildə Bakıda istehlak malları və xidmətləri 2018-ci ilə nisbətən 2,8% bahalaşıb.

Bu barədə “Report”a Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsindən məlumat verilib.

Məlumata görə, ötən il paytaxtda ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 3%, qeyri-ərzaq məhsullarının qiymətləri 1,6% , əhaliyə göstərilən xidmətlərin qiymətləri isə 3,4% artıb. 

Təkcə dekabr ayında  isə Bakıda istehlak malları və xidmətləri 0,4% bahalaşıb. O cümlədən ay ərzində ərzaq məhsulları, işçkilər və tütün məmulatlarının qiymətləri 0,7%, qeyri-ərzaq məhsullarının qiymətləri 0,2%, əhaliyə göstərilən xidmətlərin qiymətləri isə 0,1% artıb. 

Son xəbərlər

Orphus sistemi