Bakı. 22 dekabr. REPORT.AZ/ "Report" Agentliyinin analitik qrupu Bakı şəhərinin mərkəzi hissəsində yerləşən valyutadəyişmə məntəqələrində nağd valyutanın alış-satış məzənnəsi üzrə monitorinq keçirib.
Valyutadəyişmə məntəqələrindən verilən məlumata görə, bu gün, günün ilk yarısında alıcı və satıcılar arasında balans qeydə alınıb: "Dolların ən yaxsı alış məzənnəsi 1,56 AZN/USD, ən yaxşı satış məzənnəsi isə 1,57 AZN/USD olub".
Maraqlıdır ki, günün ikinci yarısında bəzi məntəqələr alış məzənnəsini 1,55 AZN/USD səviyyəsinə endirib. Bu da bazarda valyutanı manata konvertasiya etmək istəyənlərin sayının nisbi artımı ilə əlaqədardır. Valyutadəyişmə məntəqələrinin əməkdaşları bazarın bir neçə gün ərzində tam sabitləşəcəyinə ümid etdiklərini bildiriblər.




