Bakıda ECOSAİ İdarə Heyətinin 23-cü və Təlim Komitəsinin 18-ci toplantısı keçirilir

Bakıda ECOSAİ İdarə Heyətinin 23-cü və Təlim Komitəsinin 18-ci toplantısı keçirilir Bakı. 9 oktyabr. REPORT.AZ/ Bu gün Bakıda ECOSAİ İdarə Heyətinin 23-cü və Təlim Komitəsinin 18-ci toplantısı işə başlayıb.
Maliyyə
9 Oktyabr , 2018 14:36
Bakıda ECOSAİ İdarə Heyətinin 23-cü və Təlim Komitəsinin 18-ci toplantısı keçirilir
Hesablama Palatası / Report
0 : 00
0 : 00

Bakı. 9 oktyabr. REPORT.AZ/ Bu gün Bakıda ECOSAİ İdarə Heyətinin 23-cü və Təlim Komitəsinin 18-ci toplantısı işə başlayıb. 

"Report"un məlumatına görə, tədbirdə çıxış edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib ki, 2 günlük toplantı təşkilatın gələcək fəaliyyətinə, geniş mənada regional əməkdaşlığa böyük töhfə verəcək.

"ECOSAİ-in himayəsi altında aparılan intensiv bilik və təcrübə mübadilsi sayəsində qurumlarımız arasnda artıq mövcud olan xoş münasibətləri daha da gücləndirə və ölkələrin rifahının yüksəldilməsi naminə gördüyümüz fəaliyyətləri daha da təkmilləşdirə bilərik. Bu məqsədlə təşkilat çərçivəsində toplantıar, təlimlər, seminarlar keçirilib və üzv ali audit qurumları bu tədbirlərdə fəal iştirak edib", - o qeyd edib. 

Türkiyənin Hesablama Məhkəməsinin prezidenti Seyit Ahmet Baş isı bildirib ki, toplantının məqsədi ali audit qurumları arasında fikir mübadiləsi aparmaqdır. 

Tədbirin qəbul edilmiş gündəyinə əsasən ECOSA-in baş katibinin 2017-2018-ci il üzrə fəaliyyət hesabatı və katiblik tərəfindən ötən il dekabrın 31-də bitmiş il üzrə ECOSAİ-in illik hesabatları təqdim olunub.

Təlim Komitəsinin 18-ci toplantısında ECOSAİ-in təlim fəaliyyəti üçün İslam İnkişaf Bankından maliyyə dəstəyi alınması istiqamətində görülmüş işlər, eləcə də birgə auditin keçirilməsinin mümükünlüyü müzakirə olunub.

Qeyd edək ki, Hesablama Palatası 2002-ci ilin sentyabrından ECOSAİ-in üzvüdür, qurumun Təlim və Adit Komitələrində təmsil olunur.

1994-cü ildə yaradlmış ECOSAİ təşkilatının əsas məqsədi üzv ölkələrin ali audit qurumları arasında bili və təcrübə mübadiləsi, habelə seminar konfrans, pratik məşğələlər və təlim kursların keçirilməsi ilə dövlə sektorunda auditin inkişafına xidmət etməkdir. 

Son xəbərlər

Orphus sistemi