Bakıda daşınar əmlakın yüklülüyü ilə bağlı seminar keçirilir

Bakıda daşınar əmlakın yüklülüyü ilə bağlı seminar keçirilir Bu gün Beynəlxalq Maliyyə Korporasiyası (IFC) İsveçrənin İqtisadi Məsələləri üzrə Dövlət Katibliyi (SECO) ilə birlikdə Bakıda daşınar əmlakın yüklülüyü ilə bağlı ədliyyə işçiləri üçün seminar keçirir.
Maliyyə
17 May , 2019 10:46
Bakıda daşınar əmlakın yüklülüyü ilə bağlı seminar keçirilir

Bu gün Beynəlxalq Maliyyə Korporasiyası (IFC) İsveçrənin İqtisadi Məsələləri üzrə Dövlət Katibliyi (SECO) ilə birlikdə Bakıda daşınar əmlakın yüklülüyü ilə bağlı ədliyyə işçiləri üçün seminar keçirir.

“Report”un məlumatına görə, tədbirdə çıxış edən IFC-nin nümayəndəsi Teymur Heybətov 2017-ci ildə Azərbaycanda “Daşınar əmlakın yüklülüyü haqqında” qanunun qəbul edildiyini xatırladıb.

“Bugünki seminarın məqsədi daşınar əmlakın yüklülüyü ilə bağlı mümkün mübahisəli hallara dair hakimləri məlumatlandırmaq, onlarla beynəlxalq təcrübəni bölüşməkdir. Yəni, hakimlər bu cür işlərə daha tez baxa bilsinlər”, - o deyib.

Daha sonra Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin üzvü vəzifəsini icra edən Əfqan Baxışov çıxış edib. O, bildirib ki, “Daşınar əmlakın yüklülüyü haqqında” qanunun tətbiqi Azərbaycan üçün yenilikdir: “Bu qanun orta və kiçik sahibkarlığın inkişafında mühüm rol oynayır. Sənəd hazırlanarkən qonşu və Avropa ölkələrinin təcrübəsindən istifadə edilib. Qanunda mühüm məqamlardan biri reyestrin yaradılmasıdır. Bunun üçün əsasən Kanada və Avstriyanın təcrübələrdən yararlanmışıq”.

Xatırladaq ki, ötən ilin mart ayından Palatanın nəzdində Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri fəaliyyət göstərir. 

Son xəbərlər

Orphus sistemi