Bakıda çirkli pulların yuyulması probleminə həsr olunan konfrans keçiriləcək

Bakıda çirkli pulların yuyulması probleminə həsr olunan konfrans keçiriləcək Tədbir Azərbaycan Banklar Assosiasiyası tərəfindən təşkil olunacaq
Maliyyə
12 May , 2016 16:45
Bakıda çirkli pulların yuyulması probleminə həsr olunan konfrans keçiriləcək

Bakı. 12 may. REPORT.AZ/ Mayın 19-da Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı və Almaniyanın "Fico Tonbeller" şirkətinin dəstəyi ilə Bakıda "Komplaynsla bağlı beynəlxalq tendensiyalar" adlı konfrans keçiriləcək.

"Report"un Assosiasiyaya istinadən verdiyi xəbərə görə, konfrans ABA-nın nəzdində fəaliyyət göstərən Çirkli pulların yuyulmasına qarşı mübarizə və komplayns üzrə Ekspert Qrupu tərəfindən keçiriləcək.

Qeyd edək ki, qrupun məqsədi Azərbaycanda çirkli pulların yuyulmasına qarşı mübarizə və komplayens üzrə bank sektorunda görülmüş işləri müzakirə etmək, mövcud vəziyyətin daha da təkmilləşdirilməsi yönündə birgə əməkdaşlıq etməkdir. Ekspert Qrupuna rəhbərliyi “Paşa Bank” ASC-nin Komplayns Departamentinin direktoru Anar Kərimov həyata keçirir.

Son xəbərlər

Orphus sistemi