Bakıda "Chain Reaction 2024" forumu keçirilir

Bakıda "Chain Reaction 2024" forumu keçirilir Bu gün Bakıda "Mənbədən innovasiyalara: kriptovalyuta bazarlarının yolu" mövzusunda "Chain Reaction 2024" forumu keçirilir.
Maliyyə
10 Sentyabr , 2024 11:09
Bakıda Chain Reaction 2024 forumu keçirilir

Bu gün Bakıda "Mənbədən innovasiyalara: kriptovalyuta bazarlarının yolu" mövzusunda "Chain Reaction 2024" forumu keçirilir.

"Report" xəbər verir ki, tədbirin təşkilatçılarından biri dünyanın aparıcı kriptovalyuta birjası - "Binance"dır.

Şirkətin baş marketinq direktoru Reyçel Konlan bildirib ki, Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə müzakirələr aparıb və müasir dünyada təhsilin mühüm rol oynadığı qənaətinə gəliblər.

"Müasir rəqəmsal aktivlər və texnologiyalar dünyasında təhsil ən mühüm rol oynayır. Bu, insanların kriptovalyuta bazarına təhlükəsiz və düzgün şəkildə daxil olması, lazımi məlumatlarla təmin olunması üçün vasitəsidir. Təhlükəsizlik və məlumatlılıq istənilən maliyyə bazarında uğurlu fəaliyyətin açarıdır və rəqəmsal aktivlər də istisna deyil. Təbii ki, istənilən digər maliyyə məhsulu kimi, kriptovalyutarın ticarəti də risklərlı və dəyişkənliklərlə müşayiət olunur. Biz uzunmüddətli perspektivdə ekosistem qurmalıyıq və bu zaman insanları nəyə investisiya qoyduqlarını başa düşməyə öyrətməliyik. Məhz bu yanaşma çağırışların öhdəsindən gəlməyə və rəqəmsal aktivlərin əsl dəyərini açmağa imkan verəcək", - deyə o əlavə edib.

Son xəbərlər

Orphus sistemi