Bakıda bank forumu işə başlayıb

Bakıda bank forumu işə başlayıb Tədbirdə yerli və xarici mütəxəssislər iştirak edirlər
Maliyyə
1477
24 Noyabr , 2016 10:06
Bakıda bank forumu işə başlayıb

Bakı. 24 noyabr. REPORT.AZ/ Bu gün Bakıda "Post-neft dövründə bank sisteminin inkişafı: yeni çağırışlar və perspektivlər" mövzusunda bank forumu işə başlayıb.

"Report"un verdiyi xəbərə görə, forumun keçirilməsində məqsəd maliyyə-bank sisteminin post-neft dövrünə adaptasiyası, maliyyə dayanıqlığına dair məsələlərinin müzakirəsi, bankçılıq sahəsində yeniliklər və innovasiyalar barədə qabaqcıl təcrübənin öyrənilməsidir.

Tədbirdə maliyyə-iqtisad sahəsində tənzimləyici və nəzarət orqanlarının, kommersiya banklarının yuxarı menecmenti, biznes və ictimai təşkilatların rəhbərləri, beynəlxalq maliyyə institutlarının və xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, həmçinin digər ölkələrdən dəvətlilər iştirak edirlər.

Qeyd edək ki, forum iki gün davam edəcək.

Son xəbərlər

Orphus sistemi