"Bakı Telefon Rabitəsi" 9 milyon manatlıq 2 tenderə yekun vurub

"Bakı Telefon Rabitəsi" 9 milyon manatlıq 2 tenderə yekun vurub Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Bakı Telefon Rabitəsi" MMC yük avtomobillərinin satın alınması (1), eləcə də paytaxtın Yasamal rayonunda, Tbilisi prospekti, 107 ünvanında yerləşən inzibati binasının dam örtüyünün yenidən qur
Maliyyə
27 Noyabr , 2020 15:36
Bakı Telefon Rabitəsi 9 milyon manatlıq 2 tenderə yekun vurub

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Bakı Telefon Rabitəsi" MMC yük avtomobillərinin satın alınması (1), eləcə də paytaxtın Yasamal rayonunda, Tbilisi prospekti, 107 ünvanında yerləşən inzibati binasının dam örtüyünün yenidən qurulması (2) ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.

"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderlərin qalibi müvafiq olaraq "Azərmaş Group" MMC və "Bakı Enerji Tikinti" ASC-dir.

Qalib şirkətlərə müvafiq olaraq 4,8 milyon manat və 4,128 milyon manat, ümumilikdə 8,928 milyon manat ödəniləcək.

Son xəbərlər

Orphus sistemi