“Bakı Sığorta” ötən ili zərərlə başa vurub
- 31 mart, 2022
- 06:00
Yeniliklərdən dərhal xəbərdar olun!
“Bakı Sığorta” ASC 2021-ci ili 1,712 milyon manat zərərlə başa vurub. Halbuki, şirkət 2020-ci ildən 155 min manat xalis mənfəətlə çıxmışdı.
“Report” xəbər verir ki, ötən il “Bakı Sığorta”nın gəlirləri 3,89 milyon manat (əvvəlki ilə nisbətən 48,1% çox), xərcləri 5,601 milyon manat (2,3 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Bakı Sığorta”nın aktivləri 12,051 milyon manat olub ki, bu da illik müqayisədə 2,3% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 93% artaraq 4,197 milyon manata çatıb, balans kapitalı isə 18,3% azalaraq 7,854 milyon manata düşüb.
Xatırladaq ki, “Bakı Sığorta” 1994-cü ildə "Tural Sığorta" adı ilə yaradılıb, 2007-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 8,925 milyon manatdır. Şirkətin səhmdarları "Bank Respublika" ASC (51,29%), “Toyota Absheron Center” MMC (9,38%), “Subaru Azərbaycan” MMC (9,38%), “Yeni Motor” MMC (9,38%), Murad Rəhimov (6,97%), Behbud Nəcəfov (6,93%) və “Ekolizinq” MMC-dir (6,68%).