“Bakı Sığorta”nın səhmdarları növbədənkənar toplaşacaq

“Bakı Sığorta”nın səhmdarları növbədənkənar toplaşacaq Oktyabrın 20-də, saat 11:00-da “Bakı Sığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Maliyyə
229
19 Sentyabr , 2020 11:47
“Bakı Sığorta”nın səhmdarları növbədənkənar toplaşacaq

Oktyabrın 20-də, saat 11:00-da “Bakı Sığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq şirkətin Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 315C ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyi açıqlanmayıb.

Xatırladaq ki, “Bakı Sığorta” 1994-cü ildə "Tural Sığorta" adı ilə yaradılıb, 2007-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 8,9 milyon manatdır. Şirkətin səhmdarları "Bank Respublika" ASC-yə (51,29%), “Toyota Absheron Center” MMC-yə (9,38%), “Subaru Azərbaycan” MMC-yə (9,38%), “Yeni Motor” MMC-yə (9,38%), Murad Rəhimova (6,97%), Behbud Nəcəfova (6,93%) və “Ekolizinq” MMC-yə (6,68%) məxsusdur. 

Son xəbərlər

Orphus sistemi