"Bakı Metropoliteni" ölçmə vasitələrinin yoxlanması xidmətini alır

"Bakı Metropoliteni" ölçmə vasitələrinin yoxlanması xidmətini alır Bu xidmətə görə 1 mln 371,8 min manat ödəniləcək
Maliyyə
137
5 May , 2021 12:21
Bakı Metropoliteni ölçmə vasitələrinin yoxlanması xidmətini alır

"Bakı Metropoliteni" QSC ölçmə vasitələrinin yoxlanması və kalibrlənməsi xidmətinin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi “Azərbaycan Metrologiya İnstitutu”dur.

Qalib şirkətə 1 mln 371,8 min manat ödəniləcək.

Son xəbərlər

Orphus sistemi