Bakı meriyası abadlıq işlərinə 24 milyon manat xərcləyəcək

Bakı meriyası abadlıq işlərinə 24 milyon manat xərcləyəcək Bakı Şəhər İcra Hakimiyyətinə məxsus "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC paytaxtın Xətai rayonundakı Nizami adına mədəniyyət-istirahət parkında abadlıq (1), eləcə də şəhərdə səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işlər
Maliyyə
121
23 Noyabr , 2021 15:25
Bakı meriyası abadlıq işlərinə 24 milyon manat xərcləyəcək

Bakı Şəhər İcra Hakimiyyətinə məxsus "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC paytaxtın Xətai rayonundakı Nizami adına mədəniyyət-istirahət parkında abadlıq (1), eləcə də şəhərdə səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işlərinin görülməsi (2) ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderlərin qalibi müvafiq olaraq “Xezer Construction” MMC və "Star Construction-12" QSC-dir.

Qalib şirkətlərə müvafiq olaraq 13,706 milyon manat və 9,893 milyon manat, ümumilikdə isə 23,599 milyon manat ödəniləcək.

Son xəbərlər

Orphus sistemi