"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC "Bakı Fond Birjası" QSC-də səhmlərinin yerləşdirməyə hazırlaşır.
"Report"un Bakı Limanından əldə etdiyi məlumata görə, söhbət hər birinin nominal dəyəri 10 manat olan 1 599 ədəd səhmdən gedir.
Qiymətli kağızlar qapalı üsulla yerləşdiriləcək və limanın 15 990 manatlıq nizamnamə kapitalını formalaşdıracaq.
Xatırladaq ki, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" 1902-ci ildən fəaliyyət göstərən Bakı Limanının bazasında 2015-ci ildə yaradılıb. Liman yük, neft və bərə terminallarından ibarətdir.