Bakı Fond Birjasının səhmdarlarının pay bölgüsündə dəyişiklik olub

Maliyyə
  • 04 may, 2022
  • 12:46
Bakı Fond Birjasının səhmdarlarının pay bölgüsündə dəyişiklik olub

“Bakı Fond Birjası” QSC-nin səhmdarlarının pay bölgüsündə dəyişiklik olub.

"Report" xəbər verir ki, QSC-nin səhmlərinin 4,7619 %-nə nəzarət edən “Azər-Türk Bank” ASC payını “PSG-Kapital İnvestisiya Şirkəti” QSC-yə satıb.

Qeyd edək ki, səhmlərinin qalan hissəsi əvvəlki qaydada “Azərbaycan Sənaye Bankı” ASC (9,5239 %), “Dəmir İnvestisiya Şirkəti” QSC (4,7619 %), “Kapital Partners” MMC (4,7619 %), “Brokdil-Az” MMC (4,7619 %), “Bank of Baku” ASC (4,7619 %), “Kapital Bank” ASC (4,7619 %), “Qlobal Menkul Degerler” Anonim Şirkəti (4,7619 %), “Borsa İstanbul” Anonim Şirketi (4,7619 %),“Mars İnvestment” MMC (4,7619 %), “Respublika İnvest” MMC (4,7619 %), “Azərbaycan Beynəlxalq Bankı” ASC (4,7619 %), “Uni Kapital İnvestisiya Şirkəti” ASC (4,7619 %),“Yunayted Kredit Bank” ASC (ləğv prosesindədir) (4,7619 %), “Yapı Kredi Bank Azərbaycan” ASC (4,7619 %), “Caspian Financial LTD” MMC (4,7619 %), “Xalq Kapital İnvestisiya Şirkəti” QSC (4,7619 %), “İnvest-AZ İnvestisiya Şirkəti” QSC (4,7619 %), “Plato Capital and Co. İnvestisiya Şirkəti” ASC (4,7619 %), “İnvest-AZ Yatırım Menkul Degerler” Anonim Şirkətinə (4,7619 %) məxsusdur.

Xatırladaq ki, BFB 1997-ci ildə yaradılıb. Birjanın səhmdarları 20 hüquqi şəxsdir.