Bakı Fond Birjasının dövriyyəsi 2,2 dəfə artıb

Bakı Fond Birjasının dövriyyəsi 2,2 dəfə artıb Dövlət qiymətli kağızlar bazarında 7 dəfəyə yaxın artım olub
Maliyyə
8 Sentyabr , 2017 15:48
Bakı Fond Birjasının dövriyyəsi 2,2 dəfə artıb
Report

Bakı. 8 sentyabr. REPORT.AZ/ Bu ilin yanvar-avqust aylarında Bakı Fond Birjasında (BFB) bütün maliyyə alətləri üzrə keçirilən əqdlərin ümumi həcmi 6,567 mlrd. manat təşkil edib.

"Report" BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur.

Hesabat dövründə dövlət qiymətli kağızlar bazarının həcmi illik müqayisədə 6,7 dəfə artaraq 2,361 mlrd. manata çatıb. Bunun da 444,1 mln. manatını Maliyyə Nazirliyinin dövlət istiqrazları, 1 917 mln. manatını isə Azərbaycan Mərkəzi Bankının notları təşkil edib.

Son bir ildə pay (səhm) bazarının həcmi 25,1 dəfə artaraq 667,8 mln. manata, borc (istiqraz) bazarının həcmi isə 10,4 dəfə artaraq 503,7 mln. manata yüksəlib. Hesabat dövründə törəmə maliyyə alətləri bazarının (forex) həcmi isə 20,1% artaraq 3.023 mlrd. manat təşkil edib.

Bu ilin ilk 8 ayı ərzində repo əməliyyatlarının həcmi isə 11,6 mln. manat olub. Qeyd edək ki, ötən ilin müvafiq dövründə bu növ əməliyyatlar həyata keçirilməyib.

Son xəbərlər

Orphus sistemi