"Turan Bank"ın səhmləri ilə ticarət qeydə alınıb

Maliyyə
  • 12 fevral, 2022
  • 05:52
Turan Bankın səhmləri ilə ticarət qeydə alınıb

“Bakı Fond Birjası” QSC-də “Turanbank” ASC-nin səhmlərinin alqı-satqısı üzrə 1 əqd bağlanılıb.

“Report” xəbər verir ki, əqd Bankın nominal dəyəri 1 082 manat olan 19 səhminin (dəyəri 20 558 manat) realizə edilməsini nəzərdə tutur.

Bu isə kredit təşkilatının dövriyyədə olan səhmlərinin cəmi 0,03 %-i deməkdir.

Xatırladaq ki, “Turan Bank” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 85,005 milyon manatdır. Bankın səhmlərinin 58,1 %-i 20 fiziki şəxsə, 41,1 %-i isə 8 hüquqi şəxsə məxsusdur.

44 filmi