Bu ilin yanvar-noyabr aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 21 milyard 836,902 milyon manat təşkil edib.
“Report” BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 76,4 % çoxdur.
Son 1 ildə bağlanmış əqdlərin sayı isə 29,4 % artaraq 11 613 olub.
BFB-nin dövriyyəsinin 60 %-i və yaxud 13 milyard 098,741 milyon manatı repo əməliyyatlarının payına düşüb. Bu, illik müqayisədə 3 dəfə çoxdur.
Hesabat dövründə dövlət qiymətli kağızları üzrə əqdlərin dəyəri 10,7 % artaraq 7 milyard 400,511 milyon manat, korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri isə 4,9 % artaraq 1 milyard 337,650 milyon manat olub.