"Bakı Fond Birjası"nın dövriyyəsi 74 % artıb
Maliyyə
- 06 oktyabr, 2023
- 06:02
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 15 milyard 909,046 milyon manat təşkil edib.
“Report” BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 73,9 % çoxdur.
Son 1 ildə bağlanmış əqdlərin sayı isə 48,5 % artaraq 9 217 olub.
BFB-nin dövriyyəsinin 38,8 %-i, yaxud 6 milyard 179,771 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu, illik müqayisədə 25,9 % çoxdur.
Hesabat dövründə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri 37,1 % artaraq 1 milyard 035,749 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri isə 2,5 dəfə artaraq 8 milyard 693,527 milyon manat olub.
Son xəbərlər
08:15
Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana gətirilib
Hadisə
08:10
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur
08:03
Demokratlar Kanada mallarına qoyulan rüsumları ləğv etmək istəyirlər
Digər ölkələr
08:00
Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür
Media
07:20
Yeni Zelandiya sahillərində onlarla qara delfin ölüb
Digər ölkələr
06:42
Tramp seçkilərdən sonra İranla bağlı ilk müşavirəni keçirib
Digər ölkələr
06:15
Sorğu: Makrona etimad səviyyəsi Ollandın antirekordundan da aşağı düşüb
Digər ölkələr
05:45
Egey dənizində zəlzələ olub
Region
05:26
"Reuters": Ukrayna və ABŞ-nin "Starshield"dən istifadə ilə bağlı müqaviləsinin müddəti 2027-ci ildə başa çatır
Digər ölkələr