"Bakı Fond Birjası"nın dövriyyəsi 40% azalıb

"Bakı Fond Birjası"nın dövriyyəsi 40% azalıb Bu ilin yanvar-aprel aylarında Bakı Fond Birjası QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 3 003 milyon manat təşkil edib.
Maliyyə
5 May , 2020 12:21
Bakı Fond Birjasının dövriyyəsi 40% azalıb
0 : 00
0 : 00

Bu ilin yanvar-aprel aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 3 003 milyon manat təşkil edib.

“Report” BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 40,3% azdır.

Ötən 4 ayda bağlanmış əqdlərin sayı isə 3,2% azalaraq 1 460 olub.

BFB-nin dövriyyəsinin 53,3%-i, yaxud 1 602 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu, illik müqayisədə 65,8% azdır.

Hesabat dövründə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri təxminən 8,4 dəfə artaraq 888 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri təxminən 2,1 dəfə artaraq 514 milyon manat olub.

Son xəbərlər

Orphus sistemi