"Bakı Fond Birjası"nın dövriyyəsi 36% azalıb
Maliyyə
- 06 iyul, 2020
- 12:51
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyun aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 4 742,8 milyon manat təşkil edib.
“Report” BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,9% azalıb.
Ötən 6 ayda bağlanmış əqdlərin sayı isə 8,7% azalaraq 2 199 olub.
BFB-nin dövriyyəsinin 62,5%-i, yaxud 2 963,7 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu, illik müqayisədə 55,5% azdır.
Hesabat dövründə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri təxminən 3,4 dəfə artaraq 1 019,6 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri təxminən 73,5% artaraq 759,4 milyon manat olub.
Son xəbərlər
12:56
TRASEKA Orta Dəhlizlə daşımaların artması üçün əsas şərtləri açıqlayıb
İnfrastruktur
12:55
"AHK Azərbaycan": İnvestor cəlb etmək üçün konkret layihələrə ehtiyac var
Biznes
12:52
Foto
"Shirvan Open 2026" Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib
Fərdi
12:51
Jasurbek Çoriyev: "TBNM logistika şirkətləri arasında populyarlıq qazanır"
İnfrastruktur
12:51
Almaniya şirkətlərinin Orta Dəhlizlə bağlı hədəfləri açıqlanıb
İnfrastruktur
12:51
EIB Naxçıvanda dəmir yoluna investisiya imkanını nəzərdən keçirir
İnfrastruktur
12:50
Yunanıstanın 50-dən çox şəhərində genişmiqyaslı mitinqlər keçiriləcək
Digər ölkələr
12:43
İrakli Kobaxidze oktyabrın sonunda Azərbaycana səfər edəcək - Eksklüziv
Xarici siyasət
12:40
"Black Sea Energy"nin TİƏ-si oktyabrın 22-də Bakıda təqdim ediləcək
İnfrastruktur