"Bakı Fond Birjası"nın dövriyyəsi 35 % azalıb
Maliyyə
- 05 aprel, 2023
- 08:15
Bu ilin yanvar-mart aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 3 milyard 292,563 milyon manat təşkil edib.
“Report” BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,4 % azdır.
Son 1 ildə bağlanmış əqdlərin sayı isə 5,4 % azalaraq 2 681 olub.
BFB-nin dövriyyəsinin 31,7 %-i və yaxud 1 milyard 44,899 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu, illik müqayisədə 61,8 % və yaxud 2,6 dəfə azdır.
Hesabat dövründə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri 29,6 % artaraq 290,782 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri 8,5 % azalaraq 1 milyard 956,882 milyon manat olub.
Son xəbərlər
00:43
Bakıda yaşayış binasında yanğın başlayıb
Hadisə00:38
Tramp Qrenlandiya ilə NATO arasında seçim etməli ola biləcəyini etiraf edib
Digər ölkələr00:16
Yəmənin müdafiə naziri vəzifəsindən azad edilib
Digər ölkələr23:54
Tramp: Kuba çətin vəziyyətdədir
Digər ölkələr23:53
Rusiyanın hava hücumundan sonra Krivoy Roqda 115 mindən çox abonent işıqsız qalıb - YENİLƏNİB-2
Digər ölkələr23:51
İranda hakimiyyətə qarşı keçirilən etiraz aksiyalarında ölənlərin sayı artıb
Region23:45
Video
Qərbi Azərbaycan Xronikası: Göyçə gölü və Zəngəzur resursları qayıdış müzakirələrinin mərkəzində
Daxili siyasət23:24
ABŞ Ukraynaya Rusiyanın mümkün hava hücumu barədə xəbərdarlıq edib
Digər ölkələr23:22