“Bakı Fond Birjası”nın dövriyyəsi 31% azalıb

“Bakı Fond Birjası”nın dövriyyəsi 31% azalıb Bu ilin yanvar-iyul aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 6033,4milyon manat təşkil edib.
Maliyyə
7 Avqust , 2020 16:52
“Bakı Fond Birjası”nın dövriyyəsi 31% azalıb

Bu ilin yanvar-iyul aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 6 033,4 milyon manat təşkil edib.

“Report” BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30,5% azalıb.

Ötən 7 ayda bağlanmış əqdlərin sayı isə 10,75% azalaraq 2 624 olub.

BFB-nin dövriyyəsinin 64,9%-i, yaxud 3 913,7 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu, illik müqayisədə 48,4% azdır.

Hesabat dövründə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri təxminən 3,1 dəfə artaraq 1 260,5 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri təxminən 24,25% artaraq 859,2 milyon manat olub.

Son xəbərlər

Orphus sistemi