"Bakı Fond Birjası"nın dövriyyəsi 29 % artıb
Maliyyə
- 06 fevral, 2023
- 08:48
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
2023-cü ilin yanvar ayında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 1 milyard 472,069 milyon manat təşkil edib.
“Report” BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin yanvar ayına nisbətən 29 % çoxdur.
Son 1 ildə bağlanmış əqdlərin sayı isə 11,3 % artaraq 943 olub.
BFB-nin dövriyyəsinin 43,9 %-i və yaxud 646,863 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu, illik müqayisədə 8,3 % çoxdur.
Hesabat dövründə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri təxminən 2,1 dəfə artaraq 35,949 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri təxminən 68,6 % artaraq 789,256 milyon manat olub.
Son xəbərlər
12:23
Sabah yağış yağacaq, şimşək çaxacaq
Digər
12:23
Foto
AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir
İnfrastruktur
12:20
Azərbaycan millisinin iki oyun üçün heyəti açıqlanıb
Futbol
12:19
Lotereya və mərc oyunlarına alternativ vergi rejimi tətbiq ediləcək
Biznes
12:17
Nicat İmanov: "ƏDV depozit hesablarına müvəqqəti məhdudiyyətlər tətbiq ediləcək"
Biznes
12:16
Əhliman Əmiraslanov: Onkoloji xəstəliklərin də icbari tibbi sığorta ilə qarşılanması son dərəcə vacibdir
Sağlamlıq
12:14
"Mingəçevir" 3000 manat cərimələnib, komandaya texniki məğlubiyyət verilib
Futbol
12:14
Vergi ödəyicilərini maliyyə sanksiyalarından qoruyacaq yeni xidmət istifadə olunacaq
Maliyyə
12:12
Azərbaycanda 16 ailə yaxınlarının ölümlərindən sonra orqanlarının bağışlanmasına razılıq verib
Sağlamlıq