"Bakı Fond Birjası"nın dövriyyəsi 22 faiz azalıb

"Bakı Fond Birjası"nın dövriyyəsi 22 faiz azalıb Bu ilin yanvar-sentyabr aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 8 572,2 milyon manat təşkil edib.
Maliyyə
374
5 Oktyabr , 2020 18:02
Bakı Fond Birjasının dövriyyəsi 22 faiz azalıb

Bu ilin yanvar-sentyabr aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 8 572,2 milyon manat təşkil edib.

“Report” BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,1% azdır.

Son 1 ildə bağlanmış əqdlərin sayı isə 12,7% artaraq 3 832 olub.

BFB-nin dövriyyəsinin 65,9%-i, yaxud 5 657,2 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu, illik müqayisədə 39,3% azdır.

Hesabat dövründə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri təxminən 80,7% artaraq 1 535,4 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri təxminən 63,7% artaraq 1 379,5 milyon manat olub.

Son xəbərlər

Orphus sistemi