“Bakı Fond Birjası”nın dövriyyəsi 16% azalıb

“Bakı Fond Birjası”nın dövriyyəsi 16% azalıb Bu ilin yanvar-oktyabr aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 10 186,8 milyon manat təşkil edib.
Maliyyə
205
4 Noyabr , 2020 15:26
“Bakı Fond Birjası”nın dövriyyəsi 16% azalıb

Bu ilin yanvar-oktyabr aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 10 186,8 milyon manat təşkil edib.

“Report” BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,1% azdır.

Son 1 ildə bağlanmış əqdlərin sayı isə 5,6% artaraq 4 674 olub.

BFB-nin dövriyyəsinin 65,5%-i, yaxud 6 688 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu, illik müqayisədə 35,2% azdır.

Hesabat dövründə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri təxminən 97,5% artaraq 1 746,9 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri təxminən 80,8% artaraq 1 751,9 milyon manat olub.

Son xəbərlər

Orphus sistemi