"Bakı Fond Birjası"nın dövriyyəsi 13 % azalıb
Maliyyə
- 02 dekabr, 2022
- 13:28
Bu ilin yanvar-noyabr aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 12 milyard 378,181 milyon manat təşkil edib.
“Report” BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,5 % azdır.
Son 1 ildə bağlanmış əqdlərin sayı isə 17,1 % azalaraq 8 977 olub.
BFB-nin dövriyyəsinin 54 %-i və yaxud 6 milyard 686,834 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu, illik müqayisədə 2,4 % azdır.
Hesabat dövründə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri təxminən 95,7% artaraq 1 milyard 274,576 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri təxminən 33,5 % azalaraq 4 milyard 416,77 milyon manat olub.
Son xəbərlər
09:25
Premyer Liqa: Təxirə salınmış "Neftçi" - "Qarabağ" oyunu bu gün keçiriləcək
Futbol09:23
Foto
Video
Bakıda ərzaq məhsullarının topdansatış mağazasının fəaliyyəti dayandırılıb
Hadisə09:22
Mərkəzi Nəbatat Bağı auditor seçir
Maliyyə09:21
ABŞ Dövlət Departamentinin nümayəndələri mayda Gürcüstana səfər edəcək
Region09:19
Nəriman Axundzadə "Kolambus Kryu"nun heyətində ABŞ Kuboku oyununda iştirak edib
Futbol09:11
"Prezident Kuboku 2026": Mingəçevirdə növbəti mükafatçılar bəlli olacaq
Fərdi09:09
Masallıda 14 kiloqram narkotik vasitə aşkarlanıb
Hadisə09:07
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (30.04.2026)
Maliyyə09:00