"Bakı Fond Birjası"nda qeyri-ticarət saatları müəyyən edilib

"Bakı Fond Birjası"nda qeyri-ticarət saatları müəyyən edilib "Bakı Fond Birjası" QSC-də yeni ticarət sisteminə keçidlə əlaqədar qeyri-ticarət saatları müəyyən edilib.
Maliyyə
29 Mart , 2023 17:21
Bakı Fond Birjasında qeyri-ticarət saatları müəyyən edilib

"Bakı Fond Birjası" QSC-də yeni ticarət sisteminə keçidlə əlaqədar qeyri-ticarət saatları müəyyən edilib.

"Report" bu barədə Birjaya istinadən xəbər verir.

Məlumata görə, qeyri-ticarət saatları sabah günün ikinci yarısında - saat 13:00-dan qüvvədə olacaq.

Xatırladaq ki, BFB 1997-ci ildə yaradılıb. Birjanın səhmdarları 20 hüquqi şəxsdir. Bunların arasında 6 yerli bank (“Azərbaycan Sənaye Bankı” (ASB), “Bank of Baku”, "Kapital Bank", "Azərbaycan Beynəlxalq Bankı", “Yapı Kredi Bank Azərbaycan” və ləğv prosesində olan "United Credit Bank" ASC-lər), 13 yerli və xarici investisiya şirkəti, hətta İstanbul Fond Birjası (“Borsa İstanbul”) var. ASB istisna olmaqla, digər səhmdarların BFB-də payı 4,76 %-dir. ASB isə Birjada 9,52 % payla təmsil olunur.

Son xəbərlər

Orphus sistemi