Bakı Fond Birjası ilə Belarusun Valyuta-Fond Birjası arasında memorandum imzalanıb

Bakı Fond Birjası ilə Belarusun Valyuta-Fond Birjası arasında memorandum imzalanıb Bakı. 8 yanvar. REPORT.AZ/ “Bakı Fond Birjası” QSC (BFB) ilə Belarus Valyuta-Fond Birjası arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb.
Maliyyə
8 Yanvar , 2018 11:27
Bakı Fond Birjası ilə Belarusun Valyuta-Fond Birjası arasında memorandum imzalanıb

Bakı. 8 yanvar. REPORT.AZ/ “Bakı Fond Birjası” QSC (BFB) ilə Belarus Valyuta-Fond Birjası arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb.

Bu barədə “Report” BFB-yə istinadən xəbər verir.

Məlumata görə, sənədi iki qurumun İdarə Heyətinin sədrləri Vüqar Namazov və Andrey Auximenya imzalayıb.

Memorandumun məqsədi iki təşkilat arasında qarşılıqlı əlaqələrin yaradılması və inkişaf etdirilməsi, birja fəaliyyətinin effektiv və dayanıqlılığının təmin edilməsi istiqamətində birgə təcrübənin bölüşdürülməsi, listinqin inkişaf etdirilməsi, yeni maliyyə alətlərinin bazara çıxarılmasında hüquqi bazanın öyrənilməsi və xarici investorların kapital bazarlarına çıxarılması üçün post-ticarət institutları arasında əlaqələrin qurulmasına dəstək göstərilməsi, eləcə də təlim və təcrübə proqramlarının təşkil edilməsidir. 

Son xəbərlər

Orphus sistemi