​Azərbaycanın tədiyyə balansının müsbət saldosu 90% artıb

​Azərbaycanın tədiyyə balansının müsbət saldosu 90% artıb Saldonun həcmi 4,4 mlrd. dollara çatıb
Maliyyə
12 Sentyabr , 2014 06:03
​Azərbaycanın tədiyyə balansının müsbət saldosu 90% artıb

Bakı. 12 sentyabr. REPORT.AZ/. Azərbaycanın 2014-cü ilin yanvar-iyun ayları üzrə tədiyyə balansının ümumi saldosu müsbət 4 371,0 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 1,9 dəfə çoxdur.

"Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, əvvəlki illərdə olduğu kimi, I yarımillikdə xarici iqtisadi əməliyyatlar neft-qaz sektoru üzrə müsbət saldoya, qeyri-neft sektoru üzrə isə mənfi saldoya malik olub. Neft-qaz sektoru üzrə ümumi daxilolmalar neftin və təbii qazın ixracı və bu sektora cəlb edilən xarici kapitalın hesabına formalaşır. Bu sektor üzrə ödənişlər isə mənfəətin və investisiyaların repatriasiyası, avadanlıqların və xidmətlərin idxalını əks etdirir.

Ümumi nəticədə, 2014-cü ilin 6 ayında neft-qaz sektoru üzrə yaranmış ümumi müsbət saldo 11,6 mlrd. dollar olub. Hesabat dövründə cari əməliyyatlar hesabında 6,4 mlrd. dollar məbləğində profisit yaranıb, o cümlədən neft-qaz sektoru üzrə cari hesabın profisiti 10,3 mlrd. dollar olub. Neft-qaz sektorunun profisiti qeyri-neft sektoru üzrə cari hesabın 3,9 mlrd. dollarlıq kəsirini tam örtüb.

Tədiyyə balansının əsas göstəriciləri

(mln. dollar)

2013-cü ilin 6 ayı 2014-cü ilin 6 ayı
I.Cari əməliyyatlar hesabının saldosu 6 443,6 6 377,7
Xarici ticarət balansı 10 483,7 11 127,9
Xidmətlər balansı -2 044,6 -3 098,8
Gəlirlər balansı -1 997,4 -1 581,2
- İnvestisiya gəlirlərinin repatriasiyası -2 033,7 -1 612,2
Cari transfertlər balansı 6,0 -66,2
Kapital hesabı -4,1 -4,0
II. Maliyyə hesabı -3 278,9 -1 493,3
Xalis maliyyə aktivləri 5 582,2 6 045,6
o cümlədən:
-xaricə yönəldilmiş birbaşa investisiyalar 445.0 367,2
-portfel investisiyaları 113,2 104,8
-digər investisiyalar 5 024,0 5 573,6
Xalis maliyyə öhdəlikləri 2 303,3 4 552,3
o cümlədən:
-ölkəyə cəlb olunan birbaşa investisiyalar 2 966,1 3 866,8
-cəlb olunan investisiyaların repatriasiyası -1 711,5 -1 795,4
-neft bonusu 0,4 17,0
-portfel investisiyaları 1 030,2 1 747,7
-digər investisiyalar 18,1 716,2
III. Balanslandırıcı maddələr -845,3 -513,4
Tədiyyə balansının ümumi saldosu 2 319,4 4 371,0

Hesabat dövrü ərzində xarici ticarət dövriyyəsi 20,1 mlrd. dollar təşkil edib və göründüyü kimi, xarici ticarət balansı 11,1 mlrd. dollar məbləğində müsbət saldo ilə nəticələnib. Bu müddət ərzində Azərbaycanın 136 dövlətlə ticarət əlaqələri olub. Xarici ticarətin 7,7%-i MDB ölkələri, 92,3%-i isə digər xarici dövlətlərin payına düşür.

Tədiyyə balansına əsasən, hesabat dövründə əmtəə ixracı 15,6 mlrd. dollar təşkil edib ki, bu da illik müqayisədə 1,5% azdır. İxrac olunmuş malların strukturunda neft-qaz məhsullarının payı 94,9% olub. Xarici dövlətlərə 14,1 mlrd. dollarlıq neft məhsulları ixrac olunub, ixrac olunmuş neft məhsullarının 0,7 mlrd. dolları neft emalı məhsulları, 13,4 mlrd. dolları isə xam neft ixracının payına düşür. İxrac olunmuş xam neftin 12,5 mlrd. dolları Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) tərəfindən hasil olunmuş neftin ümumi dəyəridir. İxrac olunmuş ümumi xam neftin 0,9 mlrd. dolları isə digər müəssisələr tərəfindən xaricə göndərilib ki, bunun da 75,7 mln. dolları “Şahdəniz” yatağından hasil edilmiş kondensatın, 832,1 mln. dolları isə ARDNŞ-nin payına düşür.

Qeyd edək ki, 2014-cü ilin yanvar-iyun aylarında ölkənin qeyri-neft ixracı 9,2% azalaraq 794,0 mln. dollar təşkil edib.

(mln. dollar)

İxracın strukturu
2013-cü ilin 6 ayı 2014-cü ilin 6 ayı
Yanacaq-xammal məhsulları 15 195,1 14 981,8
- neft-qaz məhsulları 14 957,3 14 800,3
-digər xammal 237,8 181,5
Maşın və avadanlıq 171,8 156,6
İstehlak malları 450,0 438,0
Digər mallar 14,7 17,4
İxrac cəmi 15 831,6 15 593,8

Hesabat dövründə Azərbaycanın əmtəə idxalının ümumi dəyəri 4,5 mlrd. dollar təşkil edib ki, bu da illik müqayisədə 12,4% azdır. İstehlak malların idxalının ümumi dəyəri 2 007,9 mln. dollar olub ki, bunun da 632,5 mln. dolları ərzaq məhsullarının payına düşür:

(mln. dollar)

İdxalın strukturu
2013-cü ilin 6 ayı 2014-cü ilin 6 ayı
İstehlak malları 2 106,7 2 007,9
- ərzaq məhsulları 619,6 632,5
- qeyri-ərzaq məhsulları 1 487,1 1 375,4
İnvestisiya yönümlü mallar 519,4 441,6
Digər mallar 2 469,87 2 016,4
İdxal cəmi 5 095,8 4 465,9

Son xəbərlər

Orphus sistemi