​Azərbaycanın mebel istehsalçısı açıq borclanma bazarına çıxır

​Azərbaycanın mebel istehsalçısı açıq borclanma bazarına çıxır Şirkət 10 mln. manat həcmində istiqraz emissiyasına başlayır
Maliyyə
18 Avqust , 2014 05:22
​Azərbaycanın mebel istehsalçısı açıq borclanma bazarına çıxır

Bakı. 18 avqust. REPORT.AZ/. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "Embawood" MMC-nin kütləvi təklif üsulu ilə yerləşdiriləcək faizli sənədsiz adlı təmin edilməmiş istiqrazlarının AZ2001019523 nömrəsi olan buraxılışı dövlət qeydiyyatına alınıb. "Report"un xəbər verdiyi kimi, bu barədə Komitənin məlumatında deyilir.

Məlumata əsasən, emissiyanın ümumi həcmi 10 mln. manat, bir istiqrazın nominal dəyəri 1 000 manat təşkil edir.

Emissiya prospektinə əsasən, istiqrazların tədavül müddəti 1 il, istiqrazlar üzrə illik faiz dərəcəsi 11% təşkil edir.

Qeyd edək ki, "Embawood" şirkəti mebel istehsalı və satışı ilə məşğuldur. Şirkətin nizamnamə kapitalı 3 750 manata bərabərdir.

Son xəbərlər

Orphus sistemi